Əli Həsənov: Son 30 ildə qaçqın və məcburi köçkünlərin sayı 2, münaqişə zonalarının sayı 3 dəfə artıb20-06-2017, 11:46
Çap et Bunu Azərbaycanın Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib. Ə.Həsənov əlavə edib ki, son 30 ildə qaçqın və məcburi köçkünlərin, miqrantların sayı 2 dəfə, münaqişə zonalarının sayı isə 3 dəfə artıb. Baş nazirin müavini hesab edir ki, bütün bunlar xalqların həmrəyliyini tələb edir. Azərbaycanda artıq 16-cı ildir ki, Ümumdünya Qaçqınlar Gününün qeyd edildiyini xatırladan Ə.Həsənov buna eyni zamanda təəssüfləndiyini də bildirib: "Biz çox istərdik ki, qaçqınların öz doğma yurdlarına qayıtdığı günü qeyd edək. Ancaq dünyada gedən proseslər onu göstərir ki, vəziyyət getdikcə asanlaşmaq əvəzinə ağırlaşır. Çünki bu gün dünyada qaçqınların, miqrantların, məcburi köçkünlərin sayı 65 milyona çatır. Dünyada yaşayan insanların hər 134-dən biri qaçqındır. Bu, çox fəlakətli rəqəmdir. Xüsusilə, son 6 ildə qaçqınların sayı birdən-birə artıb. Son 3 ildə isə ümumiyyətlə artıb". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
