10 yaşayış məntəqəsində yeni su və kanalizasiya şəbəkələri yaradılacaq31-10-2017, 14:54
Çap et Bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən (ASC) məlumat verilib. Bildirilir ki, hazırda 7 kənd və qəsəbədə tikinti-quraşdırma işləri davam etdirilir, digər 3 qəsəbədə isə inşaat işlərinə yaxın vaxtlarda başlanılacaq. Ümumilikdə, 10 yaşayış məntəqəsində 70 km içməli su, 11 km kanalizasiya xətlərinin tikintisi nəzərdə tutulub. Qısa müddət ərzində kənd və qəsəbələrdə 26 km içməli su, 2 km kanalizasiya xətləri inşa edilib. Tikinti-quraşdırma işlərinin 2017-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub. Kənd və qəsəbələrdə yeni su və kanalizasiya şəbəkələrin yaradılması nəticəsində 37 min nəfərin içməli su təchizatı, 9 min nəfərin kanalizasiya xidmətlərindən istifadəsi əsaslı şəkildə yaxşılaşacaq. 3 km uzunluğunda Mərdəkan-Şağan-Şüvəlan magistral su xəttinin istismara verilməsi perspektivdə Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində 54 min nəfərin içməli su təminatına imkan yaranacaq. Bu layihələrdən 100 min nəfər sakin yararlanacaq. Bakı şəhəri Binəqədi rayonunun Binəqədi və 28 May, Xəzər rayonunun Mərdəkan, Şağan, Şüvəlan və Binə qəsəbələrində, eləcə də Abşeron rayonunun Mehdiabad, Novxanı qəsəbələri, Pirəküşkül və Qobustan kəndlərində görüləcək işlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən “Azərsu” ASC-yə 13,32 milyon manat vəsait ayrılıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündürHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
