Nazirlikdən xəbərdarlıq - Çaylarda sululuq artacaq1-11-2017, 10:17
Çap et Ölkə ərazisindəki çaylarda sululuğun artacağı gözlənilir.Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. Onun sözlərinə görə, yaxın 2-3 gün ərzində gözlənilən yağışlı hava şəraiti ilə əlaqədar əsasən, Böyük Qafqazın və Lənkəran-Astara zonasının çaylarında artım baş verəcək. Daha çox artımın Lənkəran-Astara çaylarında qeydə alınacağının gözlənildiyini deyən A.Verdiyev bu artımın da qısamüddətli olacağını, subasmalara səbəb olmayacağını söyləyib. Baş hidroloq qeyd edib ki, ümumiyyətlə, Lənkəran-Astara zonası çaylarında ən yüksək sululuq oktybar-noyabr aylarında müşahidə edilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Ölkə ərazisindəki çaylarda sululuğun artacağı gözlənilir.