Demo Sayt » sosial » Noyabrın son gününün HAVA PROQNOZU


Noyabrın son gününün HAVA PROQNOZU

29-11-2017, 14:38
Çap et
Noyabrın son gününün HAVA PROQNOZU Noyabrın 30-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 2-5°, gündüz 8-11°, Bakıda gecə 3-5°, gündüz 8-10° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 7-11°, dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.
Reytinq: