Hava limanları “ASAN Viza” sisteminə keçəcək15-05-2018, 10:35
Çap et Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. O bildirib ki, hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda "ASAN Viza”nın 14 terminalı quraşdırılıb, bank pəncərəsi və digər köməkçi pəncərələr fəaliyyət göstərir. Əcnəbilər rüsumu onlayn qaydada və ya banka yaxınlaşıb ödəyə bilərlər. Heydər Əliyev Beynəlxalq Aeroportunda "ASAN Viza”nın qiyməti 20 dollardır. Viza Yaponiya üçün ödənişsizdir, Türkiyə üçün isə 10 dollardır. Ülvi Mehdiyev deyib ki, aeroport 24 saat işlədiyi üçün Dövlət Agentliyi də sistemi ona uyğun qurub. İşçilər növbətçilik rejimində işləyəcək. Hər hansı texniki problem olarsa, dərhal müdaxilə olunacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
