Azərbaycanda narkotik istifadəçiləri arasında azyaşlılar da var22-06-2018, 11:10
Çap et "Azərbaycanda azyaşlılar arasında narkotik vasitələrdən istifadəyə meyillik var”. Bunu "Trend”ə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev bildirib. O qeyd edib ki, 2016-2017-ci illərdə yeniyetmələr arasında narkotikdən istifadəyə görə məsuliyyətə cəlb olunanlar var: "Rəsmi statistikaya görə, ölkədə 30 min nəfər narkotik istifadəçisi kimi qeydiyyatdadır. Bunların arasında yeniyetmələr və azyaşlılar da var. Məsələn, 2016-cı ildə 5, 2017-ci ildə isə daha 5 azyaşlı və yeniyetmə narkotik maddədən istifadə etdiyi üçün cinayət məsuliyyətinə cəlb edilib. Bu da yetkinlik yaşına çatmayanlar arasında narkotik maddəyə meyillənmədən xəbər verir". M.Əfəndiyev əlavə edib ki, narkotik istifadəçiləri arasında 14-17 yaşlılar, həmçinin 17-29 yaş arasında olan gənclər var: "Ölkədə qeydiyyatda olan 30 min narkotik istifadəçisinin 5 min nəfəri 17-29 yaş arası gənclərdir". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

"Azərbaycanda azyaşlılar arasında narkotik vasitələrdən istifadəyə meyillik var”.