Paytaxtda ağacları kəsənlər 5 min manat cərimələndi2-07-2018, 12:10
Çap et Reyd zamanı Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 32 ünvanında diametri 4-8 sm olan 2 Aylant və diametri 10 sm olan 1 söyüd ağacının kəsildiyi aşkar edilib. Araşdırma zamanı ağacları Bakı şəhər sakini Orduxan Bəylərov tərəfindən kəsildiyi və təbiətə 900 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 2000 manat məbləğində cərimə olunub. Eyni zamanda Suraxanı rayonu, A-B yaşayış massivində ağac köçürülməsi faktı aşkar edilib. Araşdırma zamanı Eldar şamı ağacının Bakı şəhər sakini Sənan Rəhimov tərəfindən Dövlət Ekspertiza İdarəsinin müvafiq rəyi olmadan qanunsuz köçürüldüyü və təbiətə 900 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, İnzibati xətalar Məcəlləsinə əsasən 3000 manat məbləğində cərimə olunub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
