Demo Sayt » sosial » Bakıda qanunsuz tikili və hasarların sökülməsinə başlanıldı


Bakıda qanunsuz tikili və hasarların sökülməsinə başlanıldı

30-08-2018, 13:11
Çap et
Bakıda qanunsuz tikili və hasarların sökülməsinə başlanıldı Bakının mərkəzi və ətraf rayonlarında yol verilmiş nğqsanların aradan qaldırılnması, səki, yollar, keçidlərin gediş-gəlişə mane olan tikili və s. obyektlərdən təmizlənməsinə başlanılıb. Realtv.az xəbər verir ki, paytaxtda aparılan abadlıq-quruculuq işləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətində yaradılmlş işçi qrup tərəfindən şəhərin bütün rayonlarında qanunsuzluqların aşkar edilməsi məqsədilə reydlər keçirilib, qeyri-qanuni obyektlər müəyyənləşdirilib.
Artıq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz tikili və obyektlərin sökülməsi, səkilərin və yol kənarlarının təmizlənməsi işlərinə başlanılıb. Həyət və məhəllələrdə qeyri-qanuni tikili və hasarlar söküləcək, “Abad məhəllə” və “Nümunəvi həyət”lər yaradılacaq.

Reytinq: