"Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçiriləcək4-10-2018, 12:49
Çap et Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, veloyürüş Dövlət Təhlükəsizliyi Xidmətinin, İDEA İctimai Birliyinin, BMT-nin Azərbaycandakı nümayəndəliyinin, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının və “İsma bike”ın iştirakı ilə keçiriləcək. Saat 10:00-da Azneft meydanından start götürəcək yürüş Heydər Əliyev Mərkəzinədək davam edəcək. Veloyürüşün keçirilməsində məqsəd İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına dair Paris Razılaşmasından irəli gələn öhdəliyin (2030-cu ilə qədər CO2 miqdarının 35 faizə qədər azalma) yerinə yetirilməsinə həm dövlət təşkilatları, həm də özəl sektorun diqqətini cəlb etmək, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etməkdir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
