Demo Sayt » sosial » Prezident sərəncamının icrası (VİDEO)


Prezident sərəncamının icrası (VİDEO)

16-10-2018, 12:51
Çap et
Prezident sərəncamının icrası (VİDEO) Bakıda kanalizasiya sisteminin təkmilləşdirilməsi üçün tədbirlər görülüb

Badamdar qəsəbəsində sürüşmənin baş verdiyi ərazidə kanalizasiya sistemin qurulması üçün layihə hazırlanıb. Bunu REAL-a baş nazirin müavini Hacıbala Abutalıbov deyib.
2016-cı ilin noyabrında prezident İlham Əliyev “Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında” Sərəncam imzalayıb. Bu sərəncamın imzalanmasını Bakı şəhərində gedən sürətli iqtisadi inkişaf, əhalinin sayının artması, çoxlu sayda müxtəlif təyinatlı binaların və obyektlərin tikintisi şəhər təsərrüfatına, onun infrastrukturuna, o cümlədən mühəndis-kommunikasiya təminatı obyektlərinə düşən yükün dəfələrlə artması zəruri etmişdi. Bundan başqa, 2016-cı ilin sentyabr və oktyabr aylarında yağan yağışlar həmin dövr üçün müşahidə edilmiş yağıntı normasından müvafiq olaraq 9,2 və 3,7 dəfə çox olmuşdu. Nəticədə küçə və prospektlərdə səth sularının kənarlaşdırılmasını təmin etməli olan yağış kanalizasiya sisteminin işləməməsi ciddi fəsadlar törətmiş, bir sıra müxtəlif təyinatlı obyekt və tikililərə ziyan dəymiş, vətəndaşların və nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdı.
Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəhbərliyi ilə 10 nəfərdən ibarət işçi qrupu yaradıldı.
İşçi qrupuna Bakı şəhərinin yağış kanalizasiya xətlərinin vəziyyətini təhlil etmək və sosial-iqtisadi inkişaf perspektivlərini, əhalinin artım tempini nəzərə almaqla kanalizasiya sisteminin idarə olunmasına, etibarlılığının artırılmasına, ardıcıl və mərhələli rekonstruksiyasına, habelə bu sahədə ekoloji və sanitar təhlükələri və problemləri istisna edən digər zəruri tədbirlərin həyata keçirilməsinə dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılmışdı. Bundan başqa, qrup Bakıda yağış, ərimiş qar sularının yığılması təhlükəsi olan şəhər avtomobil yollarını müəyyənləşdirməklə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsinə dair təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməliydi. İşçi qrupuna verilən növbəti tapşırıq isə Bakı şəhər və Bakı şəhəri rayonlarının İcra hakimiyyətləri tərəfindən şəhər ərazisində baş verə biləcək subasma və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasında çevik idarəetmənin həyata keçirilməsinə, bu sahədə təsərrüfat xidmətlərinin fəaliyyətinin əlaqələndirilməsinə, habelə təxirəsalınmaz tədbirlərin görülməsi üçün müvafiq maddi-texniki bazanın yaradılmasına dair təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi idi.
İşçi qrupun üzvü, baş nazirin müavini Hacıbala Abutalıbov REAL-a eksklüziv müsahibəsində qrupun gördüyü işlər barədə məlumat verib:
“Azərsu” ASC-dən verilən məlumata görə, Bakı şəhərində yağış sularının yığılma təhlükəsi olan avtomobil yolları və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən sərəncam veriluib. Sərəncama əsasən, Abşeron yarımadasının müxtəlif ərazilərində 14 layihənin həyata keçirilməsi qərara alındı. Bu layihələrin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 14,7 milyon manat vəsait ayrılıb. Yağış sularının yığılma təhlükəsi olan avtomobil yolları və ərazilərdə səth sularının kənarlaşdırılması məqsədilə 14 layihə icra edilmişdir. Bu layihələr çərçivəsində 20 km-ə yaxın iri diametrli kollektorlar tikilib, yeni nasos stansiyaları quraşdırılıb. Ümumilikdə 14 ünvanda layihələr icra edilib.

Reytinq: