Paytaxt küçələrində 76 nöqtədə yağış barmaqlıqları quraşdırılacaq17-10-2018, 12:57
Çap et Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, bu tədbirlər çərçivəsində zəruri olan yerlərdə yağış-kanalizasiya xətləri çəkilərək yeni barmaqlıqlar quraşdırılır, mövcud yağış-kanalizasiya xətləri yuyulur və bərpa olunur, köhnə yağış barmaqlıqları yenisi ilə əvəzlənir. Onun sözlərinə görə, bununla bağlı artıq Heydər Əliyev prospektində 60 metr, Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçələrinin kəsişməsində isə 325 metr əlavə yağış-kanalizasiya xətti çəkilib və yağış barmaqlıqları quraşdırılıb. Paytaxtın bir neçə istiqamətində 40-a yaxın nöqtədə kiçikhəcmli yağış barmaqlıqları yeni və böyük barmaqlıqlarla əvəz edilib, kanalizasiya quyuları təmizlənib: "Bundan başqa, paytaxtın Yasamal, Nərimanov, Nizami, Binəqədi və Qaradağ rayonları ərazisindəki küçə və prospektlərdə 76 nöqtədə yeni yağış və kanalizasiya xətləri çəkilərək yağış barmaqlıqları quraşdırılacaq". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
