Vətəndaşlara pulsuz tinglər paylanılacaq8-11-2018, 19:19
Çap et Nazirlikdən verilən məlumata görə, aksiya noyabrın 9, 12, 17-də saat 10:00-dan 12:00-dək Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində keçiriləcək. Aksiya zamanı müxtəlif cinsli ağac tingləri vətəndaşlara paylanılacaq, ağacların əkilməsi və qulluq göstərilməsi qaydalarına dair tövsiyələr veriləcək. Ağac tingləri Xırdalanda 1 nömrəli məktəbin, Ramanada 316 nömrəli məktəbin həyətlərində, Sarayda Vəli Axundov adına parkda, Hövsanda Hövsan parkında paylanılacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşları aksiyada fəal iştirak etməyə çağırır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
