“İşsizin DOSTu” proqramına cəlb edilənlərin sayı 23 mini ötüb7-02-2019, 10:25
Çap et Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, onlarla əmək müqaviləsi bağlanılıb. Bundan sonra isə ictimai faydalı xarakter daşıyan işlərin (abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s.) yerinə yetirilməsinə başlayıblar. "İşsizin DOSTu” proqramı Prezident İlham Əliyevin təşəbbüsünə əsasən və haqqı ödənilən ictimai işlərin təşkili işlərinin sistemli və şəffaf şəkildə qurulması və genişləndirilməsi məqsədilə hazırlanaraq icra olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) "DOST İş Mərkəzi” tərəfindən cari ilin əvvəlindən icra olunan proqram çərçivəsində 30 minədək şəxsin ödənişli ictimai işlərə cəlb edilməsi nəzərdə tutulub. Onlardan artıq 23 mindən çox şəxs ödənişli ictimai işlə təmin olunub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
