Erməni əsilli idmançılar Bakıda: "Gözəl şəhərdir..."24-05-2019, 16:59
Çap et Bacı-qardaş olan gimnastlar Bakıda jurnalistlərə açıqlamalarında Azərbaycanda heç bir təzyiqlə üzləşmədiklərini bildiriblər. Bakıda tam təhlükəsiz olduqlarını deyən Qarsevan Canasyan bildirib ki, hər şey çox yaxşıdır, təhlükəsizdir. "Burada hər şey bizi qane edir və heç bir təzyiq yoxdur" deyən Canasyan Bakının çox gözəl, insanların çox ünsiyyətcil və həyatsevər olduqlarını vurğulayıb. Duxik Canasyan isə çempionatın yüksək səviyyədə təşkil olunduğuna diqqət çəkib. Dediyinə görə, həm yarış üçün yaradılan şərait, həm də təhlükəsizlik baxımından təşkilatçılıq əladır. "İdman və məşq zalları mükəmməldir. Burada əsl idman əhval-ruhiyyəsi var. Yerli əhali çox mehribandır, müraciət edəndə hamı kömək etməyə çalışır”, - deyə Duxik Canasyan bildirib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
