Sabahdan hava dəyişir - XƏBƏRDARLIQ31-03-2020, 16:00
Çap et Nazirlikdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 2-dən 3-ü səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Aprelin 2-si günün ikinci yarısından 3-ü səhərədək şimal-qərb küləyinin sürəti 15-20 m /s olacaq, arabir 23 m/s-dək güclənəcək. Azərbaycanın rayonlarında aprelin 1-i günün ikinci yarısından hava şəraitinin dəyişəcəyi, 4-ü axşamadək qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyinin sürəti 2-si gündüzdən 3-ü gündüzədək arabir 15-20 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı istisna olunmur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
