8103 qısa nömrəsinə göndərilən SMS-lərin yarıdan çoxuna rədd cavabı verilib - SƏBƏB6-04-2020, 17:34
Çap et Bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev "Xəzər Xəbər”ə açıqlamasında deyib. Onun sözlərinə görə, SMS-lərə 1-2 dəqiqə ərzində cavab verilir. Müraciətlər isə kifayət qədər çoxdur. Eyni zamanda, vətəndaşlara göndərilən təsdiq mesajlarının mətnində də bəzi dəyişilik edilib. Elnur Niftəliyev bildirib ki, hələ də bəzi vətəndaşlar qaydalara riayət etmir və sui-istifadə hallarına yol verirlər. Onun sözlərinə görə, bəzi vətəndaşlar sadəcə sistemin necə işlədiyini yoxlamaq üçün mesaj göndərirlər ki, bu da sistemin lüzumsuz yüklənməsinə və ehtiyacı olan vətəndaşlara mesajın vaxtında göndərilməməsinə səbəb olur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
