May ayı üzrə pensiyaların ödənilməsinə başlanılıb8-05-2020, 09:22
Çap et Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Məlumata görə, mayın 8-də Bakının Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə pensiyalar ödəniləcək. Yaxın günlərdə ölkəmizin digər şəhər və rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənişi aparılacaq. Mayın 20-də bu ay üzrə müavinət, təqaüd və kompensasiyalar, mayın 28-də isə ünvanlı dövlət sosial yardımları veriləcək. Beləliklə, xüsusi karantin rejimi dövründə pensiya, müavinət, təqaüd və ünvanlı yardımların vaxtından daha tez ödənilməsi təmin olunur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
