Yalnız bu avtomobillərin hərəkətinə İCAZƏ VERİLƏCƏK - SİYAHI4-06-2020, 12:36
Çap et Operativ Qərərgahən qərarına əsasən, yalnız xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkətinə icazə veriləcək: Siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti; xəstəxanalar, təcili tibbi yardım müəssisələrinin fəaliyyəti; sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti; kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası); elektrik enerjisinin istehsalı və təchizatı; meliorasiya və su təsərrüfatı; rabitə xidmətləri; teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti; dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları; boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti; fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr); neft və qazın hasilatı, emalı, saxlanması və satışı; fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətlər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
