Demo Sayt » sosial » Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib


Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib

12-07-2020, 11:07
Çap et
Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib Həftəsonu sərt karantin rejiminin elan edildiyi paytaxt Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib.
İstər piyadaların, istərsə də sürücülərin hər birinin icazəsi elektron sistem vasitəsilə yoxlanır. Ötən həftələrdən fərqli olaraq postlar daim eyni yerdə təşkil edilmir. Mütəmadi olaraq polis postlarının yerləri dəyişdirilir.
Postlar həm əsas prospektlərdə, həm də ikinci dərəcəli yollarda təşkil edilir. Proses sürətli şəkildə həyata keçirildiyində yollarda tıxaca səbəb olmur.
Polis əməkdaşları həmçinin küçə və parklarda, yaşayış yerlərinin yaxınlığında da yoxlama həyata keçirir.
Reytinq: