Demo Sayt » sosial » Razi Nurullayevin İmişlidə seçicilərlə görüşləri davam edi


Razi Nurullayevin İmişlidə seçicilərlə görüşləri davam edi

19-08-2020, 07:28
Çap et
Razi Nurullayevin İmişlidə seçicilərlə görüşləri davam edi Milli Məclisin deputatı Razi Nurullayevin tapşırığı ilə İmişlidə seçiciləri qəbul edib, onların müraciətlərini dinlədik.
Görüşdə Məşğulluq Mərkəzindən Sosial Agent Zaur Əlizadə, "Uğur Gənclər" təşkilatından Günel Abbasova və hüquqşünas Vüqar Süleymanov da iştirak ediblər.
Rayon sakini Mehdiyev Heydər Əhliman oğlu müraciət edərək bildirib ki, oğlu Elmar Mehdiyev ötən aylarda Azərbaycanın Rusiya ilə sərhədində baş verən gərginlik nəticəsində həbs edilib. O, deyib ki, oğlunun iğtişaşla heç bir əlaqəsi yoxdur. H. Mehdiyev sərhədlər bağlı olduğu üçün hazırda oğlu ilə əlaqə saxlaya bilmir.
Vətəndaşa Razi Nurullayevin məsələ ilə bağlı Xarici İşlər Nazirliyiylə əlaqə saxlamağa çalışacağı bildirilib.
Səmədova Səadət Südeyif qızı isə oğlu üçün iş istəyib. Məşğulluq Mərkəzinin nümayəndəsi müraciəti qeydə alıb və yaxın günlərdə vətəndaşın işlə təmin olunacağına söz verib.
Həsənova Məleykə Məmməd qızının müraciəti də işlə bağlı olub. Vətəndaş bildirib ki, ailədə 5 nəfərdən ibarətdirlər. Evin bütün qayğılar Məleykə ananın üzərinə düşür. Vətəndaşın müraciəti qeydə alınıb. Və yaxın günlərdə müvafiq köməklik göstəriləcəyi bildirilib.
Balakişiyev Marif Meyxoş oğlu isə müraciətində bildirib ki, 3-cü qrup əlildir. Onun sol böyrəyi yoxdur. 110 manat təqaüdlə bir otaqlı evdə 3 uşaqla yaşayır. Aldığı təqaüdü də dərmanlara verir. Vətəndaş müalicəsi üçün köməklik istəyib.
Ümumiyyətlə, İmişlidə problemlər çoxdur. Mövcud problemləri mərhələli şəkildə həll etməyə çalışacağıq. Bu problemlərin köklü həlli dövlət qayğısı olmadan mümkün deyil...
Reytinq: