Mehriban xanımın humanizm dünyası27-08-2020, 07:32
Çap et Hələ Milli Məclisin deputatı olduğu dövrlərdə ölkənin birinci xanımı cəzasının bağışlanması mümkün olan yüzlərlə insanın azadlığa qovuşmasına, öz ailəsinin, doğmalarının yanına qayıtmasına amnistiya təşəbbüsləri ilə kömək etdi. Onlara həbsxana divarlarından xilas olub vicdanlı, dürüst, təmiz həyata doğru açılan qapıları göstərdi. Mehriban xanım bu gün bütün dünyada multikulturalizm dəyərlərinin yayılmasına çalışır. Sivilizasiyalararası dialoq mühitinin formalaşdırılmasına böyük əmək sərf edir. Tolerantlıq düşüncəsini aşılayır, toplumu inandırmağı bacarır. Hər zaman olduğu kimi, bu məsələlərdə də ən mükəmməl nümunəni məhz özü göstərir. Mehriban Əliyeva bu gün həm UNESKO-nun, həm də ICESCO-nun xoşməramlı səfiri statusunu daşıyan dünyanın məşhur lider qadınları sırasında nadir şəxsiyyətdir. Məlumdur ki, UNESKO Qərb dünyasına aiddir. ICESCO isə daha çox Şərq dünyagörüşünü əks etdirir, müsəlman aləminə bağlıdır. Bəşəriyyət bu iki dünyagörüşün, Qərb və Şərq sivilizasiyalarının toqquşma nöqtəsinə gəldiyi, bir-birilə münaqişəyə girdiyi məqamlarla az qarşılaşmır. Mehriban xanım Əliyeva hər iki qurumda eyni statusda, eyni səviyyədə təmsilçiliyi ilə göstərir ki, dəyərlər eynidir, ümumbəşəridir. Sülh bütün insanlar üçün sülhdür. İnkişaf arzusu, tərəqqi məramı, rifah, xeyirxahlıq, şəfqət dünyadakı bütün fərdlərə eyni dərəcədə aiddir. Yetər ki, insanları bu dəyərlər ruhunda tərbiyə edəsən. Onların arasında münaqişələr yaradan, təfriqələr salan, müharibələrə, qan-qadaya gətirən süni fərqlərə deyil, ali dəyərlərə tapınması üçün çalışasan. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz nümunəsi ilə göstərir ki, insan eyni anda bir neçə milli mənsubiyyətə, mədəniyyətə, dinə, dilə və s. aid ola bilməz. Amma bir insan fərqli milli özünəməxsusluqların da, mədəniyyətlərin də, dinlərin də, dillərin də ən gözəl xüsusiyyətlərini öz şəxsiyyətində, fəaliyyətində, dünyagörüşündə eyni araya gətirməyi bacarar. Humanizm adlanan, qarşısında dünyanın diz çökdüyü, baş əydiyi bir dəyərə yeni çalarlar, rənglər qatar, ona ölçüyəgəlməz mənalar bəxş edə bilər. Mehriban xanım bu həqiqəti çatdırarkən həyatını belə bir missiyaya həsr edən şəxsiyyət kimi dünyanın diqqətini cəlb edir. Bu gün Azərbaycanımızın birinci xanımı Mehriban Əliyevanın ünvanına xoş sözlər yazılmış təbriklər gəlir. Mən də bu təbriklərə qoşulur, onu təbrik edir, uzun ömür və xoşbəxtlik arzu edirəm! Niyaməddin Məmmədov, Lənkəran şəhər Zövlə kənd bələdiyyəsinin sədri Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
