Mehriban xanım hər zaman ona böyük ehtiyacın olduğu yerdədir27-08-2020, 09:48
Çap et Mehriban xanım hər zaman fəaliyyətinin zərurətə çevrildiyi andadır. O, hələ 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradarkən belə bir qurumun mövcudluğu həyati vacib məsələ kimi görünürdü. Dövlət müstəqilliyimizi yenicə əldə etmişdik. Artıq milli mədəniyyətimizi vahid sovet xalqının mədəniyyəti kimi deyil, müstəqil bir xalqın milli sərvəti kimi beynəlxalq aləmə təqdim etməli idik. Azərbaycanı dünyaya qara qızılından sonra bir də onun mədəniyyəti işığında tanıtmaq lazım gəlirdi. Kifayət qədər çətin və keşməkeşli vaxtlar idi. Resurslar lazımi səviyyədə deyildi. Əsas diqqət dövlət quruculuğu proseslərinə, hüquqi islahatlara, diplomatik əlaqələrin inkişafına, keçid dövrünün problemlərinin həllinə, insanların maddi rifah halının yaxşılaşması məramına yönəlmişdi. Belə bir məqamda Mehriban xanım Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradaraq dövlətimizə böyük dayaq oldu. Milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, incəsənətimizin inkişafı, Azərbaycan mədəniyyətinin ümumbəşəri mədəni dəyərlər sisteminə inteqrasiyası işinə mühüm töhfələr verdi. Azərbaycanın öz dövlət müstəqilliyini yenicə elan etdiyi zamanlarda Mehriban xanımın belə bir missiyanı üzərinə götürərək mədəniyyət diplomatiyasının gücündən istifadə etməsi onun dövlətçilik təfəkkürünün, zəngin mənəvi irsimizə sadiqliyinin ifadəsi idi. Bu təşəbbüs xalqımıza azərbaycançılıq məfkurəsinin aşılanması, onun zəngin mədəniyyət tariximizlə mənəvi bağlarının möhkəmləndirilməsi yolu ilə sovet quruluşunun süqutundan sonra yaranmış ideoloji boşluğun aradan qalxması baxımından da müstəsna əhəmiyyət daşıyırdı. Mehriban xanımın baş redaktoru olduğu "Azərbaycan-İrs” jurnalı da bu missiyanı davamı etdirən faydalı bir layihə kimi ortaya çıxdı. İstənilən nəcib təşəbbüsün yerinə yetirilməsi üçün, ilk növbədə, kommunikasiya vasitəsinə ehtiyac duyulur. Qəzet, jurnal, kitab da yüksək dəyərləri, faydalı bilgiləri geniş auditoriyaya çatdıran, onları xoş niyyətlər ətrafında bir araya gətirə bilən təsirli vasitələrdəndir. Bu baxımdan milli mədəniyyətimizin xaricdə, çox geniş çevrədə təbliğ olunmasında "Azərbaycan-İrs” jurnalının böyük rolu inkaredilməzdir. Mehriban xanım Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə milli mədəniyyət tariximizdə hər zaman qürur və ehtiramla xatırlanacaq başqa möhtəşəm layihələrə də imza atdı. Dünyanın musiqi xəzinəsində misilsiz inci kimi parlayan muğama Azərbaycanın sərvəti kimi sahib çıxdı. Muğam sənətini dirçəltdi. Azərbaycanda da, dünyada da bu sənəti populyarlaşdırdı. Beynəlxalq aləm Azərbaycan xalqının nə qədər zəngin dəyərlərə malik, tarixin hələ ən qədim qatlarında da muğam kimi sistemli, mürəkkəb musiqi nümunələri yarada bilmiş xalq olduğunu gördü. Mehriban xanım muğamı Azərbaycan xalqının genetik kodu adlandırdı. Belə bir mükəmməl genetikaya malik xalqın bütün çətinliklərdən çıxmaq bacarığında olduğunu, dövrün inkişaf axarında hər zaman öz yerini tuta biləcəyini bizə də, başqalarına da isbat etdi. Ölkənin Birinci vitse-prezidentinin təşəbbüsü ilə Bakının mərkəzində "Beynəlxalq Muğam Mərkəzi” kimi mədəniyyət məbədi ucaldı. "Qarabağ xanəndələri” musiqi albomu, hər il Bakıda keçirilən beynəlxalq caz festivalları, başqa mədəniyyət hadisələri ilə tariximizdə yeni səhifələr açdı. Azərbaycan mədəniyyətinə dünyanın dörd bir yanında yeni dostlar qazandırdı. Bu dostların köməyi ilə milli mədəniyyətimiz daha çox yayıldı, xalqımız tanındı və bununla da mövqelərimizi daha çox möhkəmləndirə bildik. Mehriban xanımı doğum günü münasibətilə təbrik edir, xeyirxah və çətin işində ona yeni-yeni uğurlar arzulayıram! Firəngiz Hidayətova, ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsi, Musiqi və onun tədrisi texnologiyası kafedrasının dosenti Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Mehriban xanım hər zaman fəaliyyətinin zərurətə çevrildiyi andadır. O, hələ 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradarkən belə bir qurumun mövcudluğu həyati vacib məsələ kimi görünürdü. Dövlət müstəqilliyimizi yenicə əldə etmişdik. Artıq milli mədəniyyətimizi vahid sovet xalqının mədəniyyəti kimi deyil, müstəqil bir xalqın milli sərvəti kimi beynəlxalq aləmə təqdim etməli idik.