Demo Sayt » sosial » Baş Prokurorluqdan karantin rejiminin qaydalarını pozanlara ciddi xəbərdarlıq


Baş Prokurorluqdan karantin rejiminin qaydalarını pozanlara ciddi xəbərdarlıq

9-12-2020, 07:26
Çap et
Baş Prokurorluqdan karantin rejiminin qaydalarını pozanlara ciddi xəbərdarlıq Koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması ilə bağlı ölkəmizdə geniş miqyaslı kompleks siyasi, iqtisadi və sosial tədbirlər həyata keçirilir.
Baş Prokurorluqdan verilən məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına rast gəlinir.
Məsələnin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edir ki, karantin rejimininin tələblərini pozan şəxslərin müvafiq inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcəkdir.
Reytinq: