Demo Sayt » sosial » Kənddə keçirilən toya imkan verilmədi


Kənddə keçirilən toya imkan verilmədi

15-02-2021, 07:06
Çap et
Kənddə keçirilən toya imkan verilmədi Ağsuda polislər karantin rejimi qaydalarına zidd olaraq gizli toy məclisi keçirilməsinin qarşısını alıblar.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Padarqışlaq kənd sakini Səxavət Həsənovun oğluna toy məclisi təşkil etməsi barədə Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin ünvana gələrək karantin qaydalarının pozulması halını aşkar ediblər. Məclisin təşkilatçısı S.Həsənov və digər 14 nəfər Polis Şöbəsinə dəvət olunub.
Xüsusi karantin qaydalarını pozan ümumilikdə 15 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq cərimə ediliblər.
Reytinq: