Demo Sayt » sosial » Abid Şərifov: Şəkidəki zəlzələnin fəsadlarının aradan qaldırılmasına 2 milyon manat ayrılıb


Abid Şərifov: Şəkidəki zəlzələnin fəsadlarının aradan qaldırılmasına 2 milyon manat ayrılıb

8-09-2015, 13:57
Çap et
Abid Şərifov: Şəkidəki zəlzələnin fəsadlarının aradan qaldırılmasına 2 milyon manat ayrılıb Şəkidəki zəlzələnin fəsadlarının aradan qaldırılmasına 2 milyon manat vəsait ayrılıb. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Abid Şərifov jurnalistlərə deyib.
Onun sözlərinə görə, zəlzələnin fəsadlarının aşkarlanması prosesi hələ başa çatmamasına baxmayaraq, Nazirlər Kabineti Şəkidəki zəlzələnin fəsadlarının aradan qaldırılması üçün 2 milyon manat vəsaitin ayrılması barədə sərəncam verib.
A.Şərifov qeyd edib ki, zəlzələnin olduqca güclü baş verməsinə baxmayaraq, güclü dağıntılar müşahidə edilməyib: “Bir çox evlərdə dərin çartlar var, evlərdən birinin divarı dağılıb. Allaha şükür ki, dağıntılar ciddi deyil və hadisə insan itkisi olmadan ötüşüb”.
Reytinq: