Bazarların kənarlarındakı iaşə müəssisələri sanitar qaydaları pozur22-09-2015, 12:38
Çap et Onun sözlərinə görə, qaydalara riayət etməyənlər əsasən dönərxanalardır. Təmsil etdiyi qurum tərəfindən sanitar normalara cavab verməyən iaşə müəssisələri aşkarlanan zaman cəzalandırıldığını qeyd edən İ.Abdullayev vurğulayıb ki, sanitar qaydaları pozanlar əsasən bazarların kənarlarında və ya həmin obyektlərə yaxın ərazilərdə fəaliyyət gösətərən iaşə müəssisələridir: "Qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazilərə yaxın yerlərdə işləyən müəssisələr də bu qaydalara riayət etmirlər". İ.Abdullayev qeyd edib ki, kiçik müəssisələr əti və digər ləvazimatları saxlamaq üçün tələblərə cavab verən soyuduculardan əksər hallarda istifadə etmirlər. Qurum rəsmisi eyni zamanda, qaydalara riayət edən iaşə obyektlərinin də az olmadığını vurğulayıb. Onun sözlərinə görə, son zamanlar bu tendenisya artmaqdadır: “Sanitar qaydalara və tələblərə cavab verən böyük dönərxanalar da var. Həmin obyektlər sanitar normalara tam cavab verir və müştərilərin təhlükəsiz qidalanmaları üçün əllərindən gələni edirlər”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
