Demo Sayt » sosial » Prezident Prokurorluğun əməkdaşlarına ali xüsusi rütbələr verib


Prezident Prokurorluğun əməkdaşlarına ali xüsusi rütbələr verib

30-09-2015, 21:00
Çap et
Prezident Prokurorluğun əməkdaşlarına ali xüsusi rütbələr verib Prezident İlham Əliyev Respublika Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Prokurorluğun aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib:
Rəcəbov Nazim Hafiz oğlu –Azərbaycan Respublikası Baş Prokurorluğunun Kadrlar idarəsinin rəisi
Abbasov Elşən Akif oğlu –Azərbaycan Respublikası Baş Prokurorluğunun Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi
Məcidov Ramil Abbas oğlu –Azərbaycan Respublikası Baş Prokurorluğunun Ədliyyə və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi
Məmmədov Anar Rəhim oğlu –Azərbaycan Respublikası Baş Prokurorluğunun Müraciətlərə baxılması idarəsinin rəisi.
Reytinq: