Soyuq və qaranlıqda qalan Bakı sakinləri2-12-2015, 20:13
Çap et Görünüşə görə, yüzlərlə sakin bu qışı belə keçirəcək.XXI əsr olmasına baxmayaraq hələ də işıqsızlıqdan əziyyət çəkənləri tapmaq mümkündür. Belə ərazilərdən biri də Bakıətrafı bir neçə kənd və qəsəbələrdir. İşıq üzünə həsrət qalanlar arasında daha çox Masazır qəsəbəsi və Məhəmmədi kəndinin adı hallanır. Adıçəkilən qəsəbələrdə yaşayanlar işığın tez-tez sönməsindən şikayət edirlər. Aldığımız məlumata əsasən, Məhəmmədi kəndinin 1200 mənzili elektrik enerjisindən məhrumdur. Sakinlərin sözlərinə əsasən, hər bir evə sayğac qoyulsa da, işıqdan əsər-əlamət belə yoxdur. Masazır qəsəbəsində yaşayan Nuranə Abdullayeva deyir ki, gün ərzində ən azı 2-3 dəfə işığın sönməsi evdə problemlər yaradır: "Artıq bir ilə yaxındır hər gün evimizdə işıqlar azı 2-3 dəfə sönür. İşıqların belə sönüb-yanması nəticəsində elektrik avadanlıqlarımın çoxu sıradan çıxıb. Evimiz kombi ilə isinir. İşıq olmur, ev soyuyur, evdə körpəm var". "Bu, həmin ərazilərin enerji təsərrüfatının yenilənməsi ilə əlaqədardır. Artıq 5-6 aya yaxındır Masazırda yenidənqurma işləri aparılır, yeni xəttlər çəkilir, yeni dayaqlar quraşdırılır, yeni güc mərkəzləri tikilir. Məhəmmədi kəndində də eyni səbəbdən işıqlar fasilələrlə verilir. Bu kənddə əsas problem MTK (mənzil tikinti kooperativi) ilə bağlıdır". Qurum rəsmisi hələ bu problemin müddət daha davam edəcəyini deyir. Çünki təmir işlərinə yeni başlanılıb. Bu havalar soyuyandan sonra Bakı sakinlərinin qarşılaşdığı ilk problem deyil. Belə ki, hələ ötən ay iki qurum "Azəristiliktəchizat" ASC və "Azəriqaz” İstehsalat Birliyinin (İB) arasında yaranmış borc problemi əhali soyuq evlərdə yaşamaq məcburiyyətində qoqymuşdu. Məlum olub ki, "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz” İstehsalat Birliyinin (İB)-nə olan 43 milyon borcu səbəbindən bir çox qazanxanalar işlək vəziyyətində olmayıb. Amma nəhayətdə bu həftədən etibarən bu problem həll olunub və əhali istiliklə təmin olunub. Görünür ki, istilik problemini həll edib bitirməmiş Bakı əhalisi soyuq qış günlərində hələ işıqsız, soyuq evlərdə çox qalmalı olacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Görünüşə görə, yüzlərlə sakin bu qışı belə keçirəcək.