Demo Sayt » sosial » Prezident azərbaycanlılarla görüşdü


Prezident azərbaycanlılarla görüşdü

15-04-2016, 09:21
Çap et
Giorgi Marqvelaşvili azərbaycanlıların yaşadığı Qaracalar kəndində olub.
Prezident azərbaycanlılarla görüşdü
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili “Milli Ana dili günü”nü Qardabanidə azərbaycanlılarla birlikdə qeyd etdi. O özünün təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Gürcü dilini öyrənək” layihəsinin gedişatı ilə maraqlanmaq üçün səfər etdiyi Qaracalar kənd ümumi məktəbində azərbaycanlı şagirdlərin dövlət dilini hansı səviyyədə mənimsədiyini şəxsən yoxladı.
Ölkədəki etnik azlıqların gürcü dilini öyrənməsini nəzərdə tutan layihəyə dair yardımçı vəsaitlərlə də tanış olan Marqvelaşvili gördüyü mənzərədən məmnun qaldığını dilə gətirdi.
“Ölkəmizdə milli azlıqların sıx yaşadıqları regionlarda dövlət dili və konstitusiya əsaslarının tezləşdirilmiş metodla interaktiv tədrisi bizə imkan verəcək ki, yaxın gələcəkdə bu insanların dövlətə tam inteqrasiyasına nail olaq. Məsələn mənə məlumat verildi ki, hazırda kənddə şagirdlərdən başqa müxtəlif yaşlarda olan 60-dək sakin gürcü dilini öyrənir. Bu çox sevindirici haldır.” – deyə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili bildirib.
Məktəbin özfəaliyyət qrupunun rəqsini izləyən prezident mədəniyyət sahəsində mənimsəmələrin də yerli dövlətə inteqrasiyada mühüm rol oynadığı bildirdi. Azərbaycanlı uşaqların rəqsindən razı qalan Marqvelaşvili onların lazımi milli geyim vəsaitlərilə ilə təminatını da üzərinə götürdü.
“Bizim uşaqların dövlət dilini öyrənməyə çox böyük maraqları var. Onlar çox ağıllı, müdrik uşaqlardır. Onlar həmin uşaqlardır ki, sabah ölkəmizin iqtisadiyyatının güclənməsi, yeni bir Avropa dövlətinə çevrilməsi üçün çalışacaqlar. Bunun üçün isə dövlət dilini bilmək vacibdir.” – deyə Kvemo Kartli regionunun qubernatoru Paata Xzinaşvili qeyd edib.
Beləliklə, “Milli Ana dili günü” Gürcüstan prezidentinin yenidən azərbaycanlılarla görüşü üçün bir bəhanə oldu. Ümumiyyətlə, bu gün 1990-cı ildən qeyd edilir.







Reytinq: