Azərbaycanın hansı klimatik zonaya aid olduğu açıqlanıb11-07-2016, 18:31
Çap et Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən Azərbaycan Respublikasının hansı klimatik zonaya aid olması haqqında araşdırma aparılıb.Araşdırma zamanı ölkə üzrə temperatur və rütubət göstəricilərindən istifadə olunub. Araşdırma zamanı orta illik temperatur göstəricisinin 14,8°C, su buxarının orta parsial təzyiqinin 12,08hPa olduğu müəyyən edilib: “Ümumdünya Səhiyyə Təşkilatının 2009-cu il 953 №-li Texniki Hesabatına Əlavə 1-də əks olunmuş Klimatik Zonalar üzrə kriteriyalarına əsasən temperatur göstəricisinə görə ölkəmiz 1-ci və su buxarının orta parsial təzyiqinə görə 2-ci Klimatik Zonaya aiddir. Respublikamızda dərman vasitələrinin əsas saxlanma və paylanma ərazisi Bakı şəhəri olduğunu nəzərə alaraq, paytaxt üzrə illik orta temperatur göstəricisi hesablanıb və 16,11°C olduğu müəyyən edilib. Yuxarıda qeyd edilənləri nəzərə alaraq əldə edilən nəticələrə əsasən ölkəmiz 2-ci Klimatik Zonaya daxildir”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən Azərbaycan Respublikasının hansı klimatik zonaya aid olması haqqında araşdırma aparılıb.