Xaçmazın İcra başçısından Tolikə sərt cavab: "Qələt edir"11-07-2016, 19:05
Çap et Heqiqet.az xəbər verir ki, məsələ ilə bağlı bizimyol.info saytının əməkdaşı Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevlə əlaqə saxlayıb. O saytımıza açıqlamasında şəhidlərin qəbir üstlərinin götürülməsi məsələsinin həll edildiyini bildirib. “Bu gün rəsmi şəxslər gələcək, onların övladlarına medallar təqdim ediləcək. Qəbrlərin düzəldiləməsi ilə bağlı Müdafiə Nazirliyi ilə məsləhətləşmələr aparmalı idik. Ona görə də, bu məsələlər bir az yubanırdı. Qaldı ki, Tolik deyilən bir adamın bu məsələlərə qarışmağına, o belə şeylərlə özünü reklam etməsin. Ayıbdır, dövlət var, belə şeyləri həll eləməyə gücümüz çatır, sadəcə niyə bir az yubanıb izah etdim. Daha sonra icra başçısı açıqlamasında Toliki tanımadığını bildirib. “Tolik qələt edir. Başını daşa döyür. Mən özüm bu məsələni diqqətimdə saxlayıram. Bu gün hər şey həll olunacaq. Tolik bununla özünə reklam qazanmasın, ayıbdır. Əgər eləmək istəyirdisə bunu səssiz səmirsiz edərdi, daha reklam edə-edə yox. Çox iş adamları, xeyriyyəçilər var ki, şəhid ailələrinə yardım etmək istəyir. Amma heç kəs bunu Tolik formasında etmir”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
