Demo Sayt » sou » Tolik bu dəfə əkizlərlə işləyəcək


Tolik bu dəfə əkizlərlə işləyəcək

14-08-2015, 12:51
Çap et
Tolik bu dəfə əkizlərlə işləyəcək Bir müddət öncə xalq artisti Aygün Kazımova ilə yollarını ayrılan prodüser Tolik Sevil Sevinc bacıları ilə yeni işbirliyinə başlayıb.
Prodüser bu haqda sosial şəbəkədə məlumat verib:
“13 ildir ki, bu sənətdəyəm. Təşkil etdiyim konsertlər, keçirdiyim tədbirlərlə pis, yaxşı hər zaman məni sevənləri sevindirməyə çalışmışam. Sevilən sənətçilərlə çalışmağım da məni insanlara sevdirib. Şükür Allaha ki, bəzi müğənnilərdən çox izləyicim var. Hər hadisəmi, kədərimi, uğurumu sizlərlə paylaşmışam, yeni işbirliyimi ilk sizlərə duyurmuşam. Hər zaman ürəyimin səsinə qulaq asıb çalışdığım müğənnini seçmişəm və uğur əldə etmişəm. Bu dəfə isə bir az düşündüm, çünki təkliflər çox idi. Qərara gəldim ki, Sevil Sevinc bacıları ilə işbirliyinə başlayım. Xeyiri göydə Allahdan, yerdə məni sevənlərdən istəyirəm”.
Reytinq: