Metroda işləmək istəyənlərin DİQQƏTİNƏ!19-08-2016, 12:10
Çap et Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, kurs 6 ay müddətində davam edəcək. Kursu müvəffəqiyyətlə bitirənlər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində müvafiq vəzifə üzrə işlə təmin ediləcəklər. Kursda iştirak tələbləri: • Yaş: 22 - 30 arası • Cinsi: kişi • Hərbi mükəlləfiyyətli • Təhsil: Texniki ali • Dil bilikləri: • Azərbaycan dili - əla • Rus dili - yaxşı • Digər xarici dil bilmək arzuolunandır • Qeydiyyat: Bakı şəhəri Şöbə rəisi bildirib ki, kursda iştirak etmək istəyənlər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. (http://metro.gov.az/az/career/workforus) Anket doldurularkən "İşləmək istədiyiniz işin adı" xanasına "Dispetçer" vəzifəsinin qeyd edilməsi zəruridir. Müraciətlər avqustun 25-dək qəbul edəcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
