Demo Sayt » sosial » Kəmaləddin Heydərov Ağdamın Quzanlı qəsəbəsində vətəndaşları qəbul edəcək


Kəmaləddin Heydərov Ağdamın Quzanlı qəsəbəsində vətəndaşları qəbul edəcək

28-09-2016, 15:29
Çap et
Kəmaləddin Heydərov Ağdamın Quzanlı qəsəbəsində vətəndaşları qəbul edəcək Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 30 sentyabr 2016-cı il tarixində Ağdam rayonunun Quzanlı qəsəbəsində, Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Ağdam, Bərdə, Tərtər rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Quzanlı qəsəbəsində, FHN-in Qarabağ Regional Mərkəzinin inzibati binasında 29 sentyabr 2016-cı il tarixində saat 09.00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Reytinq: