Çaylarda suyun səviyyəsi dəyişdi11-10-2016, 10:45
Çap et Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, oktyabrın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 153 m3/s olmaqla ongünlük normanın 94 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 121 m3/s olmaqla ongünlük normanın 75 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 48 m3/s olmaqla, ongünlük normanın 50 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 32 m3/s təşkil edərək ongünlük normanın 33 faizinə bərabər olub. Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə isə oktyabrın 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Salyanda 10, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində 8 sm azalma qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 406 sm (2015-ci il oktyabrın 10-da 445 sm), Salyanda 255 sm (2015-ci il oktyabrın 10-da 262 sm), Bankədə 213 sm (2015-ci il oktyabrın 10-da 212 sm), Araz çayının Novruzlu məntəqəsində isə 130 sm (2015-ci il oktyabrın 10-da 160 sm) təşkil edir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
