Sel suları Lənkəranda fəsadlar törədib12-10-2016, 14:24
Çap et Sel Girdəni çayı üzərində yerləşən piyada körpüsünü uçurub. Rayonun Şilavar və Digah kəndlərinə daha çox ziyan dəyib. Belə ki, həyətləri, evlərin zirzəmilərini sel suları basıb, məktəblilər bu gün dərsə gedə bilməyiblər. Yerli sakinlərin sözlərinə görə, ərazidə suötürücü kanallar işləmədiyindən belə vəziyyət yaranır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Hidrometeorologiya Regional Müəssisəsinin rəisi Cavid Hüseynovun verdiyi məlumata görə, bölgədə yağıntılar aylıq normanın 50%-i təşkil edib. Yağıntı nəticəsində çaylarda sululuğun səviyyəsi 50-70 sm-ə qədər artıb. Növbəti günlərdə isə dağlıq ərazilərdə sulu qar və qar yağacağı gözlənilir. Proqnoza görə, bölgədə qeyri-sabit hava şəraiti oktyabrın 14-nə kimi davam edəcək. Hazırda yağmurlu hava şəraiti davam etməkdədir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
