Buna nə ad vermək olar, cənab ağalar?!14-10-2016, 11:02
Çap et Təkrar demək bəlkə də məntiqə daha uyğun olar, çünki onsuz da həqiqət sözə qulaq verən yoxdur. Mərhum Heydər Əliyev dəfələrlə xəbərdarlıq edib ki, bir ağac kəsən bilsin ki, mənim bir qolumu kəsir, lakin özbaşına məmurlar bu boyda nəhəng sözə də əhəmiyyət vermirlər. Elə ölkə rəhbəri İlham Əliyevin də ağacəkmə kampaniyasında şəxsən iştirak etməsi ağacların kəsilməsinə qarşı yönələn ciddi siqnaldır. Ancaq onun da bu jestləri faydasız qalır. O səbəbdən ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev rayon ərazisində yaşanan bu cür mənfi hallara ya göz yumur, ya da baş verənlərdən xəbər tuta bilmir. Bu da istər-istəməz acı hallara yol açır, insanlarda ölkə prezidentinin apardığı siyasətə ikrah doğurur. İnanmırıq ki, cənab Meydiyev belə bir halın ajiotaj yaratması marağındadır. O zaman çox yaxşı olardı ki, o, rayon rəhbəri kimi sakinlərin fəryadına səs versin. Həmçinin, Bakı Şəhər İcra Hakimiyyəti də bu məsələdə Yasamal RİH-ni qədər məsuliyyət daşıyır. Çünki Bakı şəhərinin ekoloji sağlamlıq amili bu strukturun da məsuliyyətini daşıdığı məsələdir. Bəs nə baş verir ki, aidiyyəti orqan rayon ərazilərində baş verənlərə sadəcə susmaqla reaksiya verir?! İndi də Şuşa Yo İdarəsinin rəisinin adıçəkilən ünvanda yol verdiyi neqativ halla bağlı bir-iki kəlmə dınqıldadaq. O da bilməlidir ki, rayonun təbiət və ekoloji sağlamlıq xarakteri dövlətin əsas prioritetidir. Əgər camaatın səs-küyünə reaksiya vermirsə və rayonun tin göbəyində səs-küylə böyük bir obyekt inşa etdirirsə, deməli bu məsələ onun vecinə deyil. Bu da açıq-aşkar məmur özbaşınalığı deməkdir. Cənab İlham Əliyev də ölkədə məmur özbaşınalığına qarşı hər gün demək olar, mübarizə aparır. Və cənab rəisin ölkə prezidentinin bu mübarizəsinə qarşı çıxması onun özbaşınalığına dəlalət edir. Əminik ki, bəhs olunan məsələ həm aidiyyəti orqanların, həm də cavabdeh şəxs kimi yol rəisinin beyninə batacaq. Əks halda, dövlətə, onun apardığı siyasətə qarşı yönələn mənfi reaksiyalara görə məsuliyyət birbaşa onların öz üzərlərinə düşəcək. Bizdən deməkdir, gerisi yol rəisinin işidir. Qaldı sakinlərin haqlı narazılığına, onların da köməyinə qoy İbrahim Mehdiyev, cənab Hacıbala Abutalıbov və bir də arada gəzən vicdan haqqı çatsın... Məsələyə yenidən münasibət bildirəcəyik. Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq. Çünki biz Qanunun aliliyini əlimizdə əsas tutur, dövlət prioritetlərini təbliğ edirik. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
