Demo Sayt » sosial » BAL


BAL

25-10-2016, 17:21
Çap et
BAL Bakıda «Amay» Ticarət Mərkəzində bal yarmarkası keçirilir

...Müasir dünyamızda arıçılıq daha çox yayılmış, inkişaf etmişdir. Ölkəmizdə hər il arıçıların sərgi-satışı yarmarkası təşkil olunur.
Bal min bir dərdin dərmanıdır. Həm qida kimi həm də müxtəlif xəstəlikləri müalicə vasitəsi kimi balın və bal məhsullarının əvəzi yoxdur.
...İnsanlar qədim zamanlardan arıçılıqla məşğul olmuşlar. Qədim Misir piramidaları və yazı abidələri göstərir ki, 6000 il əvvəl arıçılıq mövcud olub. Arı məhsullarından, baldan qida kimi, müalicəvi kosmetik və konservləşdirici vasitə kimi istifadə etmişlər. Arıçılığın elmi əsasını filosof və təbiətşünas alim Aristotel qoymuşdur. Hippokrat öz əsərlərində arıların həyatı barədə və arı məhsullarının, xüsusən balın müalicəvi xassələri barədə yazmışdır. Məşhur təbib İbn Sina baldan güclü şəfa verici vasitə kimi xəstələrin müalicəsində istifadə etmişdir.
Yarmarkada bölgələrimizdən gətirilən təmiz balları aşağıdakı balçılardan əldə edə bilərsiniz.
BALBALBALBALBALBALBAL
BALBAL
BALBALBALBALBALBAL ***
"Ağlınıza gələn ilk möcüzəvi qida hansıdır"- deyə soruşsaq bir çoxumuz "bal" deyərik. Sağlamlıqdangözəlliyə, xəstəlikdən əyləncəli anlara qədər balın istifadə edildiyi 10 fərqli təklifimiz həyatınıza fərqlilik qatacaq.
Kleopatranın dərisini gözəlləşdirmək üçün süd və bal vannaları qəbul etdiyini deyirlər. Yalnız gözəllik üçün deyil sağlamlıq və yaxşı həyat üçün də bal möcüzə qidalardan biridir. Diqqət yetirməniz lazım olan çox əhəmiyyətli bir mövzu var. Bilirsiniz son illərdə onlarla marka adı altında nəzarətsiz balbazarlara daxil oldu. Seçim edəcəyiniz balın səlahiyyətli nazirliklər tərəfindən təsdiqləndiyinə mütləq nəzarət edin və yalnız etibar etdiyiniz bir balı seçim edin.
İndi gəlin bu möcüzəvi qidanı sağlamlıqdan kosmetikaya, xəstəlikdən əyləncəli anlara qədər necə istifadə edildiyinə nəzər salaq.
1 - Enerjinizi artırın:
Gündəlik enerjiniz üçün qəhvəyə yüklənməkdən imtina edin. Bitki çayı, yaşıl çay və ya qara çayınıza şəkər yerinə bir çay qaşığı bal əlavə edərək ehtiyacınız olan enerjini daha sağlam bir şəkildə ala bilərsiniz.
2 - Üz maskası və sızanaqlar
Sızanaq üzərinə az miqdarda bal sürtün və 20 dəqiqə gözlədib yuyun. Balın antiseptik xüsusiyyəti sızanağı sakitləşdirər.
Üz maskası üçün də iki çay qaşığı südü iki xörək qaşığı balla qarışdırın və üzünüzə tətbiq edin. Üz maskasını 10 dəqiqə gözlədin və ilıq suyla yuyun. Bal maskası üz dərisini qidalandırır və yumşaldır.
3 - Quru dərini nəmləndirin:
Bal xüsusilə əl, dodaq və dirsək kimi tez quruyan bölgələr üçün möhtəşəm bir nəmləndiricidir. Quru və çatlaq dərinizə balı masajla yedirin və yumaq üçün 30 dəqiqə gözləyin.
4 - Zədələnmiş saçlar:
Bal yumşaldıcı xüsusiyyətiylə quru və zədələnmiş saçları xilas etmək üçün birə-birdir. Saçınıza tətbiq etdiyiniz şampuna bir çay qaşığı bal əlavə edin, bir az gözlədib durulayın. Saçlarınızı daha dərin nəmləndirmək istəyirsizsə zeytun yağı və balı qarışdırıb saçlarınıza sürtün, ilıq dəsmalla sarıyın və 20 dəqiqə gözləyin. Yuduqda nə qədər yumşaq bir saça qovuşduğunuzu görəcəksiniz.
5 - Kəsik, yanıq, yara və cızıqlar:
Ağrıyan yerə bir az bal sürtün. Təbii antiseptik xüsusiyyətə sahib olan balın möcüzə bir dərman olduğunu görəcəksiniz.
6 - Öskürək və boğaz ağrıları:
Bir limonun suyu ilə balı qarışdırıb için. Boğaz ağrısı və yanmasını sakitləşdirəcəyini görəcəksiniz.
7 - Axşamdan qalma semptomlarınızı yüngülləşdirin:
Bir əvvəlki gecə çoxmu spirtli içki qəbul etdiniz və səhər yorğunmu oyandınız? Bir neçə çay qaşığı balyeməyi təklif edirik. Balın içindəki fruktoza bədənin spirt meabolizmasını sürətləndirər və sizi rahatlaşdırar.
8 - Tortlarınızda bal istifadə edin:
Tort və ya kekslərinizin reseptində bir fincan şəkər tozu yerinə ? fincan bal istifadə edin. Balistifadə etdiyiniz zaman ? çay qaşığı qabartma tozu əlavə edin və reseptinizdə istifadə etdiyiniz süd və ya mayeni ? fincan azaldın. Bişirərkən sobanın istiliyini 5-10 dərəcə aşağı salın.
9 - Bədəninizi istirahət etdirin:
Uzun və yorucu bir gündən sonra istirahət etmək üçün 2 xörək qaşığı balı bir fincan isti suda 10 dəqiqə həll edin. Həll etdiyiniz balı vanna suyunuza əlavə edin. İstəsəniz 2-3 damla yasəmən yağınıda vanna suyunuza əlavə edin və günün stresini unudun.
10 - Dəyişik dadlarda bal hazırlayın:
Hər gün bal yeməyi sevmirəm dadından sıxılıram deyirsinizsə, yeni təriflərlə balınızı dadlandırabilərsiniz.
Məsələn: 1 fincan balı 7 dilim təzə zəncəfil və rəndələnmiş 2 limon qabığıyla kiçik bir qazanda çox az qaynadın.Sonra ocağın atəşini azaldın və 5 dəqiqə daha isidin. Ocaqdan götürdükdən sonra 10 dəqiqə soyudun və süzün.
Reytinq: