Azərbaycanda yeni doğulan qız uşaqlarına verilən gül adları5-01-2017, 10:40
Çap et Ədliyyə Nazirliyindən bildirilib ki, qız uşaqlarına verilən adlar arasında Nərgiz, Lalə çoxluq təşkil edir. 2016-cı il ərzində 445 körpəyə Nərgiz adı verilib. Ümumilikdə isə son beş ildə 2591 körpə qız uşağına Nərgiz adı qoyulub. Son beş ildə valideynlər 1782 körpəyə Lalə (ötən il 270), 300-ə (2016-cı ildə 44) Yasəmən adı veriblər. Eyni zamanda, son beş ildə doğulan 425 qız uşağına Çiçək, 212-ə Banuçiçək, 185-ə Bənövşə, 86-a Gülbahar, 75-ə Qızılgül, 46-a Qərənfiladı qoyulub. Bundan başqa qızlara verilən adlar arasında Laləzər, Laləzar, Laləxanım, Lalənur, Laləxatun, Laləgül, Lalə Coya, Nərgizxatun, Nərgizbanu, Nərgizzəhra, Nərgizxanım, Nərgizə, Bənövşəxanım, Gülşahnaz, Gülşah kimi adlar da geniş yayılıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündürHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
