Azərbaycanda övladlığa götürmə qaydaları dəyişdirilə bilər13-01-2017, 18:16
Çap et Onun sözlərinə görə, Azərbaycanda övladlığa götürmə qaydası Ailə Məcəlləsi ilə tənzimlənir: “Ailə Məcəlləsində övladlığa götürmə qaydası, xüsusən də 120-ci maddənin təkmilləşdirilməsi ilə bağlı təkliflər layihəsi hazırlanır. Biz 120-ci maddəni daha da təkmilləşdirmək istəyirik. Təkliflər aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim olunacaq”. T. İbrahimova qeyd edib ki, layihədə övladlığa götürmə ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş xüsusi qaydanın olması nəzərdə tutulub: “Ailə Məcəlləsinə dəyişikliklər edildikdən sonra artıq Nazirlər Kabineti tərəfindən xüsusi bir qayda tətbiq ediləcək. Qaydalarda bir sıra məsələlərin tənzimlənməsi nəzərdə tutulur. Övladlığa götürmə qaydası, qurumlar arası əlaqələndirmə, qurumların üzərinə düşən funksiyalar, eyni zamanda övladlığa verilmiş uşaqların sonrakı həyat şəraitinə nəzarət edilməsi layihədə göstərilib”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
