Demo Sayt » sosial » Şəhər və qəsəbələrin planlaşdırılması ilə bağlı sənədə dəyişiklik edildi


Şəhər və qəsəbələrin planlaşdırılması ilə bağlı sənədə dəyişiklik edildi

17-01-2017, 17:02
Çap et
Şəhər və qəsəbələrin planlaşdırılması ilə bağlı sənədə dəyişiklik edildi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” adlı normativ sənədinə dəyişiklik edib.
Dəyişiklikdə məqsəd normativ sənədin tələblərinin təkmilləşdirilməsidir.
Sənədə edilən yeni əlavəyə görə, ərazidən istifadənin intensivliyi yaşayış tikintisinin sıxlığı və ərazinin tikinti faizi ilə səciyyələnir. Yaşayış zonaları ərazilərinin tikinti sıxlığı və tikinti faizi ərazinin şəhərsalma baxımından əhəmiyyəti, ətraf mühitin vəziyyəti, şəhərsalma şəraitinin digər xüsusiyyətləri nəzərə alınmaqla şəhərsalma reqlamentinə uyğun qəbul edilməlidir.
Sənədə görə, yaşayış tikintisinin sıxlığı yaşayış binasının yerüstü mərtəbələlərinin ümumi sahəsinin planlaşdırılan ərazinin sahəsinə olan nisbətidir.
Reytinq: