Demo Sayt » sosial » Bakıda ayın sonunadək hava qeyri-sabit keçəcək, qar yağacaq, yollar buz bağlayacaq


Bakıda ayın sonunadək hava qeyri-sabit keçəcək, qar yağacaq, yollar buz bağlayacaq

27-01-2017, 14:54
Çap et
Bakıda ayın sonunadək hava qeyri-sabit keçəcək, qar yağacaq, yollar buz bağlayacaq Bakı və Abşeron yarımadasında yanvar ayının sonunadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın minimal temperaturu yanvarın 28-29-da 0-3 dərəcə şaxta təşkil edəcək.
Gecə və səhər bəzi yerlərdə yolların buz bağlayacağı ehtimal olunur.
Reytinq: