Demo Sayt » sou » Məşhur gözəl bundan sonra prezidentin yanından ayrılmayacaq - fotolar


Məşhur gözəl bundan sonra prezidentin yanından ayrılmayacaq - fotolar

17-05-2017, 16:04
Çap et
Məşhur gözəl bundan sonra prezidentin yanından ayrılmayacaq - fotolar ABŞ prezidenti Donald Trampın Ağ Evdəki sözçüsü Şin Spayser vəzifəsindən uzaqlaşdırılıb.
Onun yerinə "Victoria's Secret"in keçmiş modeli, "Fox News"un aparıcısı Kimberli Guilfoylin gələcəyi iddia edilib.
Bununla bağlı açıqlama verən model "Bir vətənpərvər olaraq ölkəmə xidmət etməkdən şərəf duyaram. Bunun mənim üçün əsrarəngiz bir iş olacağını düşünürəm. Bu çətin iş iradə və diqqət tələb edir. Bu işi edəcək adam dərin savadlı olmalı, yaxşı bir əlaqələndiriçi kimi çalışa bilməlidir.
Trampla 10 ildir tanış olan Kimberli "Prezidentlə yaxşı münasibətim var. Açıq, səmimi və real münasibətlərdən xoşlanıram" deyib. "Fox News" telekanalı isə aparıcının onlarla müqaviləsinin hələ bitmədiyini bildirib.

Məşhur gözəl bundan sonra prezidentin yanından ayrılmayacaq - fotolarMəşhur gözəl bundan sonra prezidentin yanından ayrılmayacaq - fotolar
Reytinq: