Rusiyalı müğənnini Bakıya buraxmadılar7-07-2015, 10:21
Çap et Andrey Makareviçdən (“Maşina vremeni” qrupu) sonra Putini tənqid edən daha bir rusiyalı müğənni Bakıya "buraxılmayıb"."Gecə snayperləri" qrupunun üzvü, məşhur rus müğənnisi Diana Arbeninanın Bakıdakı konserti təxirə salınıb. Konsertin təşkilatçısı olan TERRA şirkəti bununla bağlı verdiyi açıqlamada bildirir: "Təəssüf ki, Diana Arbeninanın konsertini ləğv etmək məcburiyyətində qaldıq. Çox az bilet satıldı. Bakıda məşhur müğənninin kifayət qədər fanatları olsa da, bu dəfə bizim üçün uğursuz oldu. Sonra hamı təəccüblənir ki, niyə yalnız pop və repə üstünlük veririk". Diana Arbeninanın Bakı konsertinin təxirə salınmasının səbəbi heç də satılan biletlərin sayında axtarmaq düz olmazdı. Çünki Bakıda Diana Arbeninanı gözləyənlər çox idi. Diana Arbenina Ukrayna ilə bağlı Rusiya prezidenti Vladimir Putinin siyasətini sərt tənqid etməklə də tanınır. Ukraynada münaqişənin qızğın dövründə Arbenina bu ölkədəki konsertini ləğv etməmişdi. Müğənni həmçinin Rusiyanın Ukraynadakı proseslərə müdaxilə etdiyi üçün sənədə qol çəkməyərək Kiyevin mövqeyini dəstəklədi. Müğənni Rusiya - Gürcüstan müharibəsində də analoji addım atmışdı Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Andrey Makareviçdən (“Maşina vremeni” qrupu) sonra Putini tənqid edən daha bir rusiyalı müğənni Bakıya "buraxılmayıb".