"Sırf Azərbaycan üçün dəyişdim" - Petek Dinçöz7-09-2017, 16:49
Çap et Azərbaycanla bağlı təəssüratlarını bölüşən Dinçöz bura tez-tez gəldiyini deyib: “Bir vaxtlar Türkiyədə veriliş aparırıdım. Onda bir çox azərbaycanlı sənətçini proqramımda qonaq etmişdim. Sizin ölkənizdə sənətə böyük hörmət var. Mən izmirliyəm. Siz də onlar kimi səmimisiniz”. Petek Azərbaycan mətbəxini çox bəyəndiyini söyləyib. İfaçı Bakıya gəlməzdən əvvəl görünüşündə dəyişiklik etdiyini deyib: “Saçlarımın necə olduğunu heç demədiniz. Sırf bura üçün dəyişdim, onları həm uzatdırdım, həm də boyatdırdım”. Müğənni açıqlamasında onu da bildirib ki, ən böyük xəyalı Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva ilə şəxsən tanış olmaqdır. Petek ATV kanalında yayımlanacaq “Məlahətli söhbətlər” verilişinə çəkiləcək. Proqramın aparıcısı M.Abbasovadır. Mətbuat konfransına qatılanlar arasında aparıcı Turan İbrahimov da yer alıb. Foto: Nəriman İSMAYILOV Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündürHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
