İzzətin mühafizəçisinin döydüyü şəxsin vəziyyəti ölümcüldür - XANIMI DANIŞDI8-09-2017, 15:16
Çap et 3 saylı Şəhər Kliniki Xəstəxanasından Lent.az-a bildirilib ki, xəstənin vəziyyəti hazırda stabil ağırdır. Qeyd edək ki, hadisə avqustun 31-də paytaxtın Nizami rayonunda yerləşən "Neolit" şadlıq evində olub. Belə ki, Novruz Aslanının yaxın qohumlarının ali məktəbə daxil olması münasibəti ilə məclis təşkil edilib. Həmin məclisdə operator müğənnini yox, qonaqları çəkdiyi üçün gərginlik yaşanıb. İ.Bağırov isə Tərbiyəsizlik niyə edirsiniz? Sənətkarı çəkmirsiniz" deyib. Bu isə məclis təşkilatçılarının xoşuna gəlməyib. Dava da bunun üstündə olub. Nəticədə İzzət Bağırovun Elçin adlı prodüseri məclis iştirakçılarından olan Aslanov Novruza "beşbarmaq"la zərbələr endirib. Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanıb. İzzət Bağırovun vəkili Ceyhun Yusifov da Lent.az-a bildirib ki, artıq tərəflər barışıb: "Görüş zamanı barışıq əldə olunub. Zərərçəkən tərəf heç bir şikayət və tələbinin olmadığını bildirib. İzzətin köməkçisi Elçinlə bağlı hüquq mühafizə orqanlarına şikayət və tələb olmadığı ilə bağlı ərizə verilib". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündürHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
