Təranə Qumralın məhkəməsi başladı - CİNAYƏT İŞİ7-06-2018, 13:33
Çap et Nərimanov Rayon Məhkəməsində hakim Rəşad Abdullovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkələrin vəkili Ceyhun Yusifov vəsatət verərək işlə tanış olmadığını deyib. O, məhkəmədən vaxt istəyib. Hakim vəkil Ceyhun Yusifovun vəsatətini təmin edib və prosesi iyunun 14-dək təxirə salıb. Qeyd edək ki, Təranə Qumral bir müddət əvvəl baş tutan məhkəmə prosesində həmkarı Nazəninə uduzmuşdu. Lakin buna baxmayaraq o, məhkəmənin qərarını icra etməyib. Belə ki, daha əvvəl keçirilən məhkəmə prosesinin yekununda qərar çıxarılıb ki, Təranə İbrahimova Məhəbbət Həsənov və həyat yoldaşı Nazənin xanımdan üzr istəməli, eləcə də, təkzib verməlidir. Lakin uzun müddət keçsə də, cavabdeh tərəf hər iki qətnaməni üzrlü səbəb olmadan icra etməyib. Buna görə də T. İbrahimova barəsidə Ədliyyə Nazirliyinin istintaq idarəsində Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) cinayət işi qaldırılıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
