Qəzaya düşən azərbaycanlı müğənnilərdən xəbər var - VİDEO12-06-2018, 16:46
Çap et “Səhər-səhər” verilişinin müxbiri ifaçıların yatdığı xəstəxanaya baş çəkib. Çanaq sümüyü sınan Zeynəb Həsəni sağlıq durumundan özü danışıb: “Hələ ki, bir neçə müddət yerimək mümkün olmayacaq. Həkimlərin nəzarəti altındayıq. İynələr, sakitəşdirici, ağrıkəsicilər... belə... Hadisə çox yadımda qalmayıb. Yağış təzə çiskinləməyə başlamışdı. Mən idarə edirdim avtomobili. Sol tərəfdən çanaq sümüyüm sınıb. Çox yerdəyişmə olmadığına görə gipsə ehtiyac olmadı. Türkana da, mənə də ayaq üstə durmaq və hərəkət etmək üçün 2 ay müddət qoyublar. Bəzən elə olur ki, o kabinetdən bu kabinetə görüntülü danışırıq. Soruşur ki, ağrımırsan? Deyirəm, yox. Birdən elə olur ki, o ağlayır, mən ağlayıram. O mənə, mən də ona deyirik ki, ağlama. Biz ancaq deyib-gülə bilərik. Mübahisə ola bilməz”. Qeyd edək ki, T. Vəlizadə meyxanaçı Pərviz Bülbülənin duet ortağıdır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündürHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
