Demo Sayt » sou » Türkiyənin məşhur sənətçisi barəsində istintaq açıldı


Türkiyənin məşhur sənətçisi barəsində istintaq açıldı

5-07-2018, 11:19
Çap et
Türkiyənin məşhur sənətçisi barəsində istintaq açıldı Türkiyənin tanınmış sənət ustası Berna Laçin barəsində istintaq başladılıb. Buna səbəb onun sosial media vasitəsilə paylaşdığı statusdur.
İstanbul Anadolu Respublika Baş Prokurorluğunun yaydığı yazılı açıqlamada deyilir ki, Berna Laçin barəsində "xalqın dini dəyərlərini təhqir etmə" maddəsi ilə istintaq başladılıb.
Prokurorluq hesab edir ki, türkiyəli sənətçinin "bernalacin35" adlı Twitter hesabından 03.07.2018 tarixli 13:00 radələrində paylaşılan tvitdə xalqın dini dəyərləri alçaldılıb.
Qeyd edək ki, Berna Laçin Azərbaycanda "Procter&Gamble” (P&G) şirkətinin istehsal etdiyi "FAİRY" məhsulu üçün hazırlanan reklam rolikində çəkilməsi tanınır.
Reytinq: