Demo Sayt » sou » Nazlı Hamaratın öldürülən əri onu tavayla döyürmüş


Nazlı Hamaratın öldürülən əri onu tavayla döyürmüş

13-08-2015, 15:22
Çap et
Nazlı Hamaratın öldürülən əri onu tavayla döyürmüş Kiyevdə öldürülən Emir Cevdet Şaşmazla həyat yoldaşı Nazlı Hamaratın 3 il əvvəl məhkəmədə üzləşdikləri məlum olub.
Türkiyə mediasına istinadən məlumatına görə, ailəsi varlı olan Nazlı şöhrətpərəst olduğu üçün Emirlə münasibət qurub. Lakin evlilikdən sonra Hamarat Şaşmazın onun pullarını ələ keçirib özünü də tavayla döydüyü iddiasıyla ərini məhkəməyə veribmiş. O vaxt mediaya da açıqlama verən Nazlı az sonra həyat yoldaşı ilə barışıb. Model və müğənni olan Nazlı "İşte benim stilim" dəb yarışması zamanı da ərinin ona dəstək olduğunu bildirib.
Emirin sevgilisi olduğunu iddia edən Vicdan Vatansever də maraqlı paylaşım edib. O, Tvitterdə "Mənim olan bir stəkanı sındırmaq istəsəm, sındıraram. Addımlarınıza diqqət edin ki, stəkanım ayağınızı kəsməsin.
Qeyd edək ki, Emir Cevdetin Kievdə bir binanın arxasında boğazı kəsilmiş halda tapılmasından sonra Vicdan Vatansever İnstaqramda yazmışdı:
"Can yoldaşımı, həyat dostumu, digər yarımı itirdim. Əllərim qandallı mane ola bilmədim, o şərəfsiz itin əlindən səni ala bilmədim. Dodaqlarından tökülən son "səni sevirəm" mənə aiddir. Yaşaya bilmədiyimiz sevgimizə kədərlənirəm".
Hamarat isə bu iddialar qarşısında səssiz qalmayaraq gözlənilməz iddia irəli sürüb:
"Ərim Ukraynaya iş üçün getmişdi. Yanındakı qız da kuryer idi və brilyant daşıyırdı O qız şübhəlidir. Orada həyat yoldaşımla iki qız da vardı, tək deyildilər. Prodüserimlə razılaşmam var, daha çox danışa bilmərəm. Hazırda dəfn mərasimini gözləyirəm".
Reytinq: